Türkiyə Milli Təhlükəsizlik Şurasında Qarabağ müzakirə olunub

Siyasət

26.11.2020 - 01:36

Həkimlər Klinikalar SEO Xidməti

Baş verən proseslər nəticəsində ortaya çıxan geopolitik durumun bütün parametrləri təhlil olunub

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasın yekunu ilə bağlı açıqlama yayılıb. Açıqlamada qeyd olunur ki, müzakirə edilən məsələlərdən biri də Azərbaycanın işğalda olan torpaqlarını geri qaytarması olub. Bundan məmnuniyyət ifadə edilib, baş verən proseslər nəticəsində ortaya çıxan geopolitik durumun bütün parametrləri təhlil olunub.

 

Bu çərçivədə imzalanan məlum atəşkəs anlaşmasının həyata keçirilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün qorunması və Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təsis edilməsinə Türkiyənin rolunun önəmi vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş