Türkiyə İsrailin azad etdiyi fələstinliləri qəbul etməyə hazırdır

Dünya

03.02.2025 - 12:25

Həkimlər Klinikalar SEO Xidməti

Ankara razılaşmanı dəstəkləmək üçün məhbusların bir qismini qəbul edəcək

Türkiyə hakimiyyəti Qəzza zolağında azad edilən fələstinli məhbusların bir qismini qəbul etməyə hazırdır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Qətərdə səfərdə olan nazir xatırladıb ki, İsraillə HƏMAS hərəkatı arasında əldə olunan atəşkəs razılaşmasının şərtlərinə görə fələstinli məhbuslar azadlığa buraxıldıqdan sonra artıq Qəzzada qala bilməzlər.

Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ankara razılaşmanı dəstəkləmək üçün məhbusların bir qismini qəbul edəcək.

Qeyd edək ki, fevralın 2-də Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib ki, İsrail və Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının icrasının ikinci mərhələsi üzrə danışıqlara başlamalıdırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş