Türkiyə ABŞ-dakı vətəndaşlarına çağırış edib

Dünya

07.01.2021 - 12:04

Türklərə etiraz aksiyalarının keçirildiyi yerlərdən çəkinmək tövsiyə olunur

 

Rəsmi Ankara etirazçıların Konqres binasına girməyə çalışdıqları ABŞ-dakı hadisələri narahatlıqla izləyir. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.

 

“Bu gün prezident seçkilərindən sonra nümayişçilərin Konqres binasına girməsi ilə nəticələnən daxili siyasi hadisələri narahatlıqla izləyirik”, - deyə XİN-dən bildirilib.

 

Rəsmi Ankara ABŞ-dakı bütün tərəfləri təmkin və sağlam düşüncəyə çağırıb: “ABŞ-ın bu daxili siyasi böhrandan çıxacağına əminik”.

 

Türkiyə XİN həmçinin, həmvətənlərinə Vaşinqtonda etiraz aksiyalarının keçirildiyi sıx yerlərdən çəkinməyi tövsiyə edib.

Müəllif: Ayna.az