“Türk Şurası çərçivəsində media platformasının yaradılmasına ehtiyac var”

Siyasət

10.04.2021 - 17:15

Həkimlər Klinikalar SEO Xidməti

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı keçirilib 

 

“Türk Şurası çərçivəsində də media platformasının yaradılmasına ehtiyac var”.

 

AYNA-nın məlumatına görə, bu barədə bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

“Səylərimizi səfərbər etməli və dünya media müstəvisində sözümüzü deməyi bacarmalıyıq. Güc birlikdədir, əsas məqsəd həqiqətlərimizi birlikdə dünyaya çatdırmaqdır”, - deyə H. Hacıyev vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş