“Turan Tovuz” rusiyalı futbolçu ilə anlaşıb

İdman

20.12.2024 - 16:31

Həkimlər Klinikalar SEO Xidməti

Tovuz klubu heyətini Anton Kraçkovski ilə gücləndirir

“Turan Tovuz” heyətini Rusiyanın “Dinamo” (Mahaçqala) klubunda çıxış edən Anton Kraçkovski ilə gücləndirir. AYNA xəbər verir ki, bölgə təmsilçisi 22 yaşlı futbolçunun keçidi ilə bağlı Mahaçqala klubu ilə razılığa gəlib.

Baş məşqçi Kurban Berdiyevin istəyi ilə transfer edilən rusiyalı oyunçu komandaya icarə əsasında qoşulacaq.

Qeyd edək ki, Anton Kraçkovski “Dinamo”ya da 2023-cü ildə məhz K.Berdiyevin istəyi ilə Qazaxıstanın “Kayrat” komandasından cəlb edilmişdi. Futbolçu bu mövsüm Rusiya Premyer Liqasında 7 matçda forma geyinib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş