Tural Gəncəliyev: “Qarabağa ləyaqətlə qayıtmalıyıq”

Xəbərlər

04.05.2021 - 12:07

“Rusiya sülhməramlıları olan ərazilərə köçürüləcək gənclərin təhsil səviyyəsini yüksəltməliyik”

 

Milli Məclisin bu gün keçirilən iclasında Xankəndinin deputatı Tural Gəncəliyev Qarabağa qayıdışdan danışıb. AYNA-nın xəbərinə görə, o, bildirib ki, əsas vəzifəmizdən biri Qarabağa ləyaqətli qayıtmaq və orada yaşayışı təmin etməkdir.

 

“Qarabağda görüləcək əsas iş Rusiya sülhməramlıları olan ərazilərə köçürüləcək gənclərin təhsil səviyyəsini yüksəltməkdir. Gəncədə Xankəndidən olan təxminən 200 ailə məskunlaşıb. Amma orada olan məktəb yararsız vəziyyətdədir. Qeyd etdiyim məktəbə dəyərləndirmə komissiyasının köçürülməsini və Xankəndiyə qayıdana qədər orada yaşayan xankəndililərə yeni məktəb binası verilməsini təklif edirəm”, - deyə Gəncəliyev vurğulayıb.

Müəllif: Ayna.az