Trampın “qara qutusu” dindiriləcək

Dünya

20.11.2019 - 20:02

Həkimlər Klinikalar SEO Xidməti

Qordon Sondland impiçmentlə bağlı ifadə verməyə cəlb olunacaq

 

ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqındakı (Aİ) elçisi Qordon Sondland Konqressdə impiçmentlə bağlı ifadə verməyə cəlb olunacaq. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Qordon Sondland Ağ Evin, barəsində ən çox narahat olduğu şəxs kimi qələmə verilib.

 

Sondland bundan əvvəl Ukrayna Prezidenti Zelenskinin köməkçilərindən biri ilə görüşdüyünü və Trampın mümkün rəqibi Demokrat Co Baydenin oğlunun idarə heyətində olduğu Ukrayna qaz şirkətinə dair istintaq işinin başlanması qarşılığında 400 milyon dollarlıq hərbi yardım təklif edildiyini bildirmişdi.

 

Bundan əlavə, Sondland iyulun 10-da Ukrayna rəsmiləri ilə ABŞ rəsmiləri arasında keçirilən görüşə görə də sorğu-sual edilə bilər. Çünki Trampın Zelenskiyə görüş əsnasında, Ukraynada Baydenə qarşı istintaq işi başlatmaq istəməsi iddia edilir.

 

Sondlandın verdiyi açıqlamada yeni detallar üzə çıxsa, bu, Tramp və onun mühafizəkar müttəfiqlərinin sərt reaksiyalarına səbəb olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş