Trampın Çin lideri ilə münasibətlərini koronavirus pozub

Dünya

11.08.2020 - 18:33

“Onunla uzun müddətdir ki, danışmamışam”

 

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Tsinpinlə münasibətlərindən danışıb. AYNA xarici mediaya istinadən bildirir ki, Tramp Tsinpinlə münasibətlərinin gərgin olduğunu söyləyib.

 

Onun sözlərinə görə, əvvəl Çin lideri ilə münasibətləri çox yaxşı olub: “Amma koronavirus infeksiyasına görə münasibətlərimiz pisləşib. Onunla uzun müddətdir ki, danışmamışam”.

Müəllif: Ayna.az