Bu gün ABŞ və Türkiyə prezidentləri arasında görüş olacaq
Bu gün Vaşinqtonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş olacaq. AYNA xarici mətbuata istinadən xəbər verir ki, görüşün Donald Tramp üçün kritik bir gündə keçirilməsi diqqətçəkən məqamlardandır.
Belə ki, bu gündən etibarən Trampa qarşı “Vəzifədən uzaqlaşdırılma” istintaqı çərçivəsində ictimai dinləmələrə start verilir.
Növbəti həftənin son günü isə, Ağ Evin keçmiş eksperti Fiona Hill istintaqın bir hissəsi olaraq ifadə verməyə cəlb olunacaq.