Trampdan Qarabağdakı gərginliyə <font color=red> MÜNASİBƏT</font>

Siyasət

28.09.2020 - 10:14

Abş Prezidenti: “Baxaq, atəşi dayandırmağa nail ola bilərikmi?”

 

Rəsmi Vaşinqton Dağlıq Qarabağdakı vəziyyət barədə məlumat toplayır və tərəflərin döyüş əməliyyatlarına son qoymalarına nail olub-olmayacaqlarını araşdırır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında deyib.

 

Tramp Dağlıq Qarabağdakı hadisələr barədə ona məlumat verildiyini vurğulayıb: “Bu bölgədə çoxları ilə yaxşı əlaqələrimiz var. Baxaq, atəşi dayandırmağa nail ola bilərikmi? Biz orada baş verənləri diqqətlə araşdırırıq”.

 

Müəllif: Ayna.az