Tramp: “Ukraynada müharibənin başlamasının səbəbi Baydenin bəyanatıdır”

Dünya

14.02.2025 - 15:59

Həkimlər Klinikalar SEO Xidməti

“Bayden çıxıb Ukraynanın NATO-ya üzv ola biləcəyini söylədi, amma bunu deməməli idi"

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı böhranın səbəbinin sələfi Co Baydenin Ukraynanın NATO-ya qəbul ediləcəyi ilə bağlı açıqlaması olduğuna inandığını bildirib.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Oval kabinetdə jurnalistlərlə söhbəti zamanı bildirib.

“Rusiyanın mövqeyində olan bir ölkənin Ukraynaya öz mövqelərində NATO-ya daxil olmağa icazə verə biləcəyi ehtimalını görmürəm. Prezident Vladimir Putindən xeyli əvvəl Rusiya çox güclü idi. Əslində düşünürəm ki, müharibənin başlamasının səbəbi budur. Çünki Bayden çıxıb Ukraynanın NATO-ya üzv ola biləcəyini söylədi, amma bunu deməməli idi", Tramp qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş