Tramp Putin və Zelenskiyə qarşı münasibətini dəyişir

Dünya

26.06.2025 - 12:39

cedabet dərman SEO Xidməti

Rusiya liderinin maksimalist tələbləri Amerika liderinin ona qarşı məyusluğunu artırıb

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskiyə qarşı münasibətini dəyişib. Rusiya liderinin maksimalist tələbləri Amerika liderinin ona qarşı məyusluğunu artırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” (FT) yazıb.

“Donald Tramp NATO sammiti çərçivəsində görüşəndən sonra Zelenskiyə isti münasibət göstərib, onu “çox gözəl” adlandırıb, lakin Rusiyaya qarşı daha sərt mövqe sərgiləyib”, - məqalədə vurğulanıb.

Nəşr qeyd edib ki, Amerika lideri rus və ukraynalı həmkarlarına münasibətində tərəddüd edib və fevral ayında Oval kabinetdə Zelenski ilə münaqişə yaranıb. Nəticədə Vaşinqton Kiyevə hərbi və kəşfiyyat yardımını dayandırıb.

Eyni zamanda, Trampın əvvəlcə Putinə qarşı daha anlayışlı göründüyü vurğulanıb.

“Lakin son həftələr Tramp maksimalist tələbləri və atəşkəslə razılaşmaqdan imtina etməsi səbəbindən Rusiya Prezidentindən getdikcə daha çox məyus olub”, - məqalənin sonunda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş