Tramp: “Putin NATO ərazisinə hücum etməyəcək”

Dünya

28.08.2026 - 12:53

 "Onunla yaxşı danışıqlar apardıq”

“Rusiya Prezidenti Vladimir Putinin NATO ərazisinə hücum etməyəcəyini söylədi”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində deyib.

"Onunla yaxşı danışıqlar apardıq. O, NATO ərazisinə hücum etməyəcək", - deyə Tramp Putinlə təmaslarına toxunaraq bildirib.

Cümə axşamı günü Tramp “Axios”a telefon müsahibəsində belə bir hücumun baş verməyəcəyini və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ratkliffin hər hansı bir konkret mesaj çatdırmaq üçün Moskvaya göndərilmədiyini bildirib: "Ratkliff rusiyalı həmkarı ilə hər altı aydan bir və ya ildə bir dəfə görüşür. Onların çox yaxşı münasibətləri var. Heç bir mesaj yox idi və qeyri-adi bir şey yox idi".

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin bu həftə 25 avqustda Moskvaya gəlişindən sonra bir neçə Qərb media orqanı, o cümlədən “Politico”, “The Wall Street Journal” və “ABC News” mənbələrə istinadən səfərin məqsədinin Rusiyanı ABŞ-ın NATO müttəfiqləri ilə münaqişəni qızışdırmaqdan xəbərdar etmək olduğunu iddia edib.

“Politico” mənbələrinə görə, Retkliff həmçinin Rusiya paytaxtına səfərindən İrana hərbi və iqtisadi dəstəyi azaltmaq üçün Rusiyaya təzyiq göstərmək üçün istifadə edib.

Çərşənbə günü Retkliffin Moskvaya səfərini şərh edən Tramp Rusiya nümayəndələri ilə danışıqlarının məzmunu ilə bağlı bir sıra media fərziyyələrini “yalan” adlandırıb. Eyni şərhdə Tramp qeyd edib ki, Retkliff NATO ölkələrinə qarşı mümkün Rusiya təhdidlərini, xüsusən də "İngiltərəyə hücum"u və ya İrana qarşı sanksiyalarla bağlı məsələləri müzakirə etməyib. Trampın şərhlərinə görə, əsas mövzu Ukraynadakı müharibə olub.

Kremlin sözçüsü Dmitri Peskov MKİ direktorunun "kəşfiyyat orqanları arasında əlaqə qurmaq" üçün Moskvaya səfər etdiyini bildirib. Peskov həmçinin Retkliffin Rusiya Prezidenti Vladimir Putinlə təmaslarının planlaşdırılmadığını da qeyd edib.

Con Retkliff 2025-ci ilin yanvar ayından bəri Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsindədir. Onun bu həftə Moskvaya səfəri kəşfiyyat agentliyi rəhbərinin 2021-ci ilin noyabr ayından bəri Rusiya paytaxtına ilk səfəridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş