Tramp: “Kim Çen haqqında bildiyim var, amma…”

Dünya

28.04.2020 - 18:15

"Onun yaxşı olmasını arzu edirəm"

 

ABŞ prezidenti Donald Tramp bu dəfə Şimali Koreya lideri Kim Çen In haqqında yayılan xəbərlərdən danışıb.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, Tramp Kim haqqında bunlar deyib: “Kim haqqında pis xəbərlər yayılıb. Bu barədə bir fikrim var, amma hələlik bunu demək istəmirəm. Onun yaxşı olmasını arzu edirəm, Kim ötən həftə ictimaiyyətə açıqlama verməli idi, amma bunu etmədi. Görünür ki, bunu bacarmadı. Tezliklə ondan yaxşı xəbər gözləyirik”,  - Tramp bildirib.

 

Xatırladaq ki, aprelin 12-də ürək əməliyyatı keçirən Kim Çenin komada olduğu və ya artıq öldüyü barədə xəbərlər səngimir.

Müəllif: Ayna.az