ABŞ İrana süni tənəffüs aparatları göndərə bilər
“İranda baş verənlərdən xəbərdarıq. İran bizə müraciət etsə, kömək edəcəyik”. AYNA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki ənənəvi mətbuat konfransında açıqlama verib
O, İrandakı koronavirus böhranından xəbərdar olduğunu, ehtiyac olarsa, İrana süni tənəffüs aparatları göndərə biləcəklərini deyib: “ABŞ-da koronavirusla bağlı mübarizə tədbirləri davam etdirilir. Hazırda əlavə 450 milyard dollarlıq yardım paketinin üzərində iş gedir. Bu vəsait kiçik sahibkarla və bəzi xəstəxanaların texniki bazasının gücləndirilməsinə sərf oluncaq”.
Tramp ABŞ-da virusun analizi üçün kifayət qədər testlər edilmədiyi barədə iddialar da cavab verib. Bildirib ki, ayda 20 milyon ədəd test avadanlığı istehsal edə biləcək gücdə olan zavod tezliklə işə salıanacaq.