Tramp İrana qarşı sanksiyaların müddətini artırdı

Dünya

13.11.2019 - 03:13

Həkimlər Klinikalar SEO Xidməti

"ABŞ-ın İranla münasibətləri hələ normallaşdırılmayıb"

 

ABŞ prezidenti Donald Tramp noyabrın 14-dən İrana qarşı sanksiyaların müddətini daha bir il müddətinə uzatmaq barədə qərar qəbul edib.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ liderinin bəyanatında deyilir.

 

Tramp vurğulayıb ki, "ABŞ-ın İranla münasibətləri hələ normallaşdırılmayıb", amma 19 yanvar 1981-ci ildən ikitərəfli razılaşmaların icrası prosesi hələ reallaşdırılma mərhələsindədir.

 

Söhbət ABŞ və İran arasındakı Əlcəzair razılaşmalarından gedir, hansı ki, Tehranda 1979-cu il inqilabından bir il sonra Amerika diplomatlarının azad olunmasına gətirib çıxarıb. Bu sənədlərdə xüsusi halda ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipi şərt kimi qoyulmuşdu.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş