Tramp hökumət işçilərinin sayının azaldılması ilə bağlı sərəncam imzalayıb

Dünya

12.02.2025 - 10:57

Həkimlər Klinikalar SEO Xidməti

"Agentliklər federal xidməti tərk edən hər dörd işçi üçün birdən çox işçi götürə bilməyəcəklər"

Donald Tramp İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamentinin (DOGE) təşəbbüslərinə uyğun olaraq ABŞ hökumətində işləyənlərin sayının azaldılması haqqında sərəncam imzalayıb.

AYNA xarici mediaya istinadən bildirir ki, fərman ABŞ-ın dövlət departamentləri və agentliklərinin işçilərinin sayının əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur.

Mətndə deyilir: "Agentliklər federal xidməti tərk edən hər dörd işçi üçün birdən çox işçi götürə bilməyəcəklər".

Bundan əvvəl ABŞ-ın dövlət qurumlarının əməkdaşlarına səkkiz maaşa bərabər təzminat və bəzi müavinətlərin səkkiz ay müddətində saxlanılması müqabilində istefa vermək təklif edilmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş