“Hazırda insanlar bunun ətrafında biznes qururlar”
ABŞ Prezidenti Donald Tramp "doğum turizmi" təcrübəsini qadağan etmək məqsədi daşıyan fərman imzalayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Ağ Evin veb saytında məlumat dərc edilib.
Qeyd edək ki, bu təcrübə uşağa avtomatik olaraq ABŞ vətəndaşlığı vermək məqsədi daşıyır.
Tramp fərmanı imzaladıqdan sonra deyib: “Hazırda insanlar bunun ətrafında biznes qururlar, varlı insanlar isə doğum hüququ vətəndaşlığı ətrafında biznes qururlar. Bu, yol deyil".
Onun sözlərinə görə, "yüz minlərlə" insan ABŞ vətəndaşlığını almaq üçün bu üsuldan istifadə edib.
Prezident həmçinin doğum hüququ vətəndaşlığı məsələsinə toxunan və avtomatik vətəndaşlıq almaq hüququ olmayan şəxslərin tərifini genişləndirən başqa bir fərman imzalayıb. Bu fərmana "ABŞ-ın xarici düşmənləri, xarici terror təşkilatlarının üzvləri", eləcə də diplomatların və digər tanınmış beynəlxalq təşkilatların işçilərinin uşaqları daxil edilib.