Tramp BRİKS-i hədələyib

Dünya

31.01.2025 - 11:42

Həkimlər Klinikalar SEO Xidməti

“Əgər qlobal ticarətdə dolları əvəz etməyə çalışarsa, ABŞ BRİKS ölkələrinə 100 faiz idxal rüsumları tətbiq edəcək”

ABŞ Prezidenti Donald Tramp yanvarın 30-da bildirib ki, “əgər qlobal ticarətdə dolları əvəz etməyə çalışarsa, ABŞ BRİKS ölkələrinə 100 faiz idxal rüsumları tətbiq edəcək”.

“Biz bu zahirən düşmən kimi görünən ölkələrdən tələb edəcəyik ki, onlar yeni BRİKS valyutası yaratmayacaqlar və ya güclü ABŞ dollarını əvəz etmək üçün hər hansı başqa valyutaya dəstək verməyəcəklər. Əks halda onlar 100% tariflərlə üzləşəcəklər”, Tramp “Truth” sosial şəbəkə hesabında yazıb.

ABŞ-ın beynəlxalq ticarətdə dolların əvəzlənməsinə icazə verməyəcəyini vurğulayan Tramp, belə bir addım atmağa cəhd edən ölkələrin sərt ticarət tədbirləri ilə üzləşəcəkləri barədə xəbərdarlıq edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş