Tramp: “Bayden “Taliban” qarşısında diz çökdü”

Dünya

22.08.2021 - 11:51

Həkimlər Klinikalar SEO Xidməti

“Bu, gördüyümüz ən aşağılayıcı haldır”

 

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydenin Əfqanıstanda hakimiyyəti ələ alan radikal “Taliban” hərəkatı qarşısında diz çökdüyünü deyib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

 

Alabamadakı tərəfdarları qarşısında mitinqdə Tramp keçən il “Taliban”ın siyasi ofisinin rəhbəri Əbdül Qani Baradarla apardığı danışıqlardan söz açıb.

 

“Dedim ki, Əbdül, bir şey etsəniz bu çox qorxunc olacaq. Amerikalılara toxunma, ölkəmizə heç vaxt gəlmə. Bildirdim ki, vətəndaş müharibənizə davam edəcəksiniz?. O isə mənə dedi: “Mən bu barədə heç nə edə bilmərəm, “Taliban” yüz illərdir mübarizə aparır, mübarizəyə davam edirlər”, - deyə keçmiş Prezident qeyd edib.

 

Trampın sözlərinə görə, danışıqlar zamanı “Taliban” ABŞ-ın bəzi şərtlərini qəbul etmək məcburiyyətində qalıb: “Ancaq sonra Bayden hakimiyyətə gəldi. Yeni Prezident vəzifəyə başladı, diz çökdü və “Talibana dedi: “İçəri girin, əlimizdə olan hər şeyi götürün”. Bu, gördüyümüz ən aşağılayıcı haldır”.

 

Onun sözlərinə görə, bütün dünya baş verənlərə məyusluqla baxır.

 

Xatırladaq ki, bundan əvvəl Tramp Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasının təslim kimi göründüyünü və Rusiyanın bölgəyə qayıtdığını bildirmişdi.

 

Qeyd edək ki, “Taliban”, Əfqanıstanda ABŞ hərbi kontingentinin ölkədən çıxarılması fonunda hücuma keçdi. Avqustun 15 -də silahlılar Əfqanıstanın bütün ərazisini nəzarətə götürdüklərini elan etdilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş