Tramp qisas almaqda davam edir
Donald Trampın əleyhinə açıqlama verən ABŞ-ın Avropa İttifaqındakı (Aİ) səfiri Qordon Sondland vəzifəsindən azad edilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qordon özü açıqlama verib.
“Bu gün mənə dedilər ki, prezident məni ABŞ-ın Aİ-dəki səfirliyindən çıxarıb" - Sondland bildirib.
Bundan əlavə, bu yaxınlara istintaqda Tramp əleyhinə açıqlama verən Milli Təhlükəsizlik Şurasının digər üzvü Aleksander Vindman da vəzifəsindən azad edilib.
Sözügedən şəxslərin işdən uzaqlaşdırılması ABŞ mediasında Trampın onlardan “qisas almaq”ı kimi şərh edilib. Ağ Ev isə hələlik işdən azad edilənlərlə bağlı açıqlama verməyib.