Tovuzda evdə yanğın olub

Hadisə

09.08.2026 - 19:48

Bir nəfər tüstüdən zəhərlənib

Tovuzda fərdi yaşayış evində yanğın olub. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun mərkəzi küçələrinin birində baş verib.

Rayon sakini məxsus evdə qəfil yanğın başlayıb. Hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş