Top mərmisi partladı: ANAMA-nın bir əməkdaşı yaralanıb

Xəbərlər

18.10.2020 - 18:42

Xəsarət alan əməkdaşın vəziyyəti hazırda yaxşıdır

 

ANAMA-nın bir əməkdaşı səhər saat 9:00 radələrində top mərmisinin partlaması nəticəsində xəsarət alıb.

 

AYNA-nın xəbərinə görə, bunu mətbuat konfransında Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.

 

Onun sözlərinə görə, xəsarət alan əməkdaşın vəziyyəti hazırda yaxşıdır.

Müəllif: Ayna.az