Tokio-2020: Azərbaycan millisi 12-ci qızıl medalını qazanıb

İdman

03.09.2021 - 14:29

Həkimlər Klinikalar SEO Xidməti

Roman Saley üzgüçülük yarışlarında özünün üçüncü mükafatını əldə edib

 

Azərbaycan millisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb. AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, Roman Saley üzgüçülük yarışlarında özünün üçüncü mükafatını əldə edib.

 

Milliləşən legioner 100 m məsafəyə batterflyay üsulu ilə üzməkdə fərqlənib. O, 57,81 saniyə göstərici ilə birinci yeri tutub. Bunadək brass və sərbəst üsulla 100 m üzməkdə çempion adını qazanan Saley aktivinə 3-cü qızıl medalı yazdırıb.

 

Bununla da Azərbaycan millisinin Tokio-2020-dəki medal sayı 17-yə çatıb. Bunlardan 12-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş