Yoldan keçən bir nəfər yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib
Gürcüstanın paytaxtı Tiflisin mərkəzində, Çavçavadze prospektində baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, hadisə cümə günü axşam saatlarında baş verib.
“Mtavari” telekanalının məlumatına görə, bir kişi yoldan keçən avtomobildən bir neçə dəfə atəşə tutulub, nəticədə ölüb. Yoldan keçən bir nəfər də yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları hələlik məlum deyil.
Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə və saxlama faktları üzrə araşdırmalara başlayıb.