Yeraltı tunelləri qazmaq üçün istifadə edilən maşın və avadanlıqlarla birlikdə çox sayda silah-sursat ələ keçirilib
"Sülh çeşməsi” əməliyyatı ilə terrorçulardan təmizlənən ərazilərdə həyatın normallaşdırılması istiqamətində görülən işlər sürətlə davam etdirilir. AYNA xəbər verir ki, PKK/YPG-nin silah emalatxanası və cəbhəxanaya çevirib dağıtdığı məktəblər təmir edilərək tədris üçün hazırlanır.
Bu çərçivədə 2019-cu ilin noyabr ayının 17-də Rəsulaynda keçirilən baxış zamanı texniki peşə məktəbi, oğlan peşə məktəbi, qız peşə məktəbi və texniki təmayüllü liseyin olduğu şəhərciyin PKK/YPG terrorçuları tərəfindən təhsilə bağlandığı, məktəblərin terror təşkilatı üçün “Katyuşa” tipli raketləri ata bilən raketatıcı qurğuların istehsal mərkəzinə çevrildiyi və siniflərin yararsız hala salındığı məlum olub.
Həmçinin həmin məktəblərin qapılarının yenidən təhsilə açılması üçün dövlətin digər müəssisə və təşkilatları ilə birlikdə ehtiyacların müəyyən edilməsi, təmir və abadlıq işlərinə başlanılıb.
O cümlədən terrorçuların şəbəkə kimi bütün şəhəri əhatə edən yeraltı tunelləri qazmaq üçün istifadə etdiyi maşın və avadanlıqlarla birlikdə çox sayda silah-sursat ələ keçirilib.