Terrora çağırış edilir, şəhid ailəsi təhqir olunur: <font color=red> Parlamentdə “Facebook” müzakirəsi</font>

Cəmiyyət

02.06.2020 - 12:36

Tahir Rzayev: “Sosial şəbəkələr haqqında” yeni qanunun hazırlanması çox vacibdir”

 

Adil Əliyev: “O insanların hər biri bizim diqqət mərkəzində olmalıdır”

 

Milli Məclisin bu gün keçirilən iclasında sosial şəbəkələr, şəbəkələrdə təhqirlər məsələsi gündəmə gətirilib. AYNA-nın xəbərinə görə, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, sosial şəbəkələr söz azadlığı demokratiya pərdəsi altında insanların mənəviyyatını sarsıtmaqla, cəmiyyətin əxlaqını pozmaqla məşğuldurlar.

 

Millət vəkili hesab edir ki, sosial şəbəkələrdən terrorçuluğun təbliği ilə məşğul olanlar var: “Facebook”da yalanı, böhtanı təbliğ edib qarşıdurmalara, terrora, separatizmə çağırışlar edilir. Onların da yalnız bir məqsədi var - xaricdəki havadarlarına arxalanmaqla maliyyə vəsaitləri əldə etmək. Ya da vətəndaşları qorxutmaqla, şantaj etməklə pul qazanmaq istəyirlər. Yüz minlərlə insanlar onların bu hərəkətlərindən əziyyət çəkir, psixoloji sarsıntı keçirir. İnsanlar bir-birinə düşmən kəsilir, ailələr dağılır, gərginlik artır. Hər gün bunun şahidi oluruq. Onlar insanlar haqqında nələr söyləmirlər, nələr uydurmurlar. Dövlətin, məmurların, ziyalıların görkəmli şəxslərin ünvanına nələr demirlər?!”.

525-ci Qəzet - Tahir Rzayev “Şöhrət” ordeni ilə təltif olundu

“Təəssüf ki əxlaqsız hərəkət edənlər, yaramaz fikir yürüdənlər, yalan uyduranlar haqqında lazımi tədbir görülmür. Bəziləri hətta onları demokratik fikirli insanlar kimi qəbul edirlər. Hər bir insan etdiyi hərəkətə, dediyi fikrə göstərdiyi fakta görə məsuliyyət daşımalıdır. Hesab edirəm ki “Sosial şəbəkələr haqqında” yeni qanunun hazırlanması çox vacibdir. Əks təqdirdə sağlam cəmiyyətimizi uçuruma apara bilərik. Dünyanın əksər inkişaf etmiş dövlətləri də bunu təsdiq edir”, deyə Komitə sədri sonda bildirib.

Adil Əliyev: “Azərbaycanda kişilərin öpüşməsinin qarşısını almaq ...

Milli Məclis Sədrinin müavini Adil Əliyev isə sosial şəbəkələrdə son günlər şəhid ailələri və Qarabağ qazilərinin söyüş və təhqirlərə məruz qaldığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda şəhid və qazi ailələrinə dövlətin və Prezidentin xüsusi qayğısı var: “Bu gün şəhid ailələrinin heç nəyə ehtiyacı yoxdur. Onların sadəcə xüsusi diqqətə ehtiyacı var ki, o insanların hər biri bizim diqqət mərkəzində olmalıdır. Amma sosial şəbəkələrdə onlar haqqında tərbiyəsiz ifadələr səsləndirilir. Buna son qoyulmalıdır”.

Müəllif: Ayna.az