Terror təşkilatına məxsus xeyli partlayıcı maddə, silah-sursat zərərsizləşdirilib

Dünya

25.11.2019 - 15:46

Həkimlər Klinikalar SEO Xidməti

PKK/YPG terror təşkilatının günahsız vətəndaşlara qarşı hücumu davam edir

 

Türk hərbçiləri suriyalıların doğma torpaqlarına və evlərinə qayıtmalarına maneə törətmək istəyən PKK/YPG terror təşkilatının mülki vətəndaşlar arasında itki yaşanması məqsədi ilə basdırdığı minaları zərərsizləşdirməyə davam edir. AYNA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.

 

"Türk əsgərlərinin təmin etdiyi dinc və təhlükəsiz mühit sayəsində suriyalı qardaşlarımızın evlərinə və torpaqlarına geri dönməsindən narahat olan PKK/YPG terror təşkilatının partlayıcı vasitələrlə günahsız vətəndaşlara qarşı hücumu davam edir. Hərbçilərimiz isə mina və kustar üsulla hazırlanmış bombaları zərərsizləşdirməyə davam edir”, - deyə açıqlamada qeyd olunub. 


 
O da əlavə olunub ki, "Sülh çeşməsi" əməliyyatı çərçivəsində Rəsulaynda aparılan son əməliyyat axtarış tədbirləri nəticəsində PKK/YPG terror təşkilatına məxsus kustar üsulla hazırlanan partlayıcıların hazırlanmasında istifadə olunan çox sayda partlayıcı maddə, mina, silah-sursat və digər materiallar aşkar edilərək zərərsizləşdirilib.

Türkiyə evlərinə qayıdan suriyalıların təhlükəsizliyini təmin edir

Digər tərəfdən, uzun illərdir YPG/PKK terror təşkilatının nəzarəti altında olan və şəhərsalma xidmətlərindən yararlana bilməyən Rəsulayn və Tel Abyad şəhərlərində "Sülh çeşməsi" əməliyyatı çərçivəsində təhlükəsizliyin təmin olunmasından sonra başda səhiyyə xidmətləri olmaqla içməli su, ərzaq, enerji və təmizlik kimi ehtiyacların qarşılanması təmin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş