Teledərslərin sabaha olan cədvəli açıqlanıb

Xəbərlər

18.10.2020 - 20:37

“Dərs vaxtı”na baxa bilməyənlər keçirilmiş mövzuları nazirliyin sosial şəbəkələrdəki səhifələrindən izləyə bilərlər

 

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 19-u üçün nəzərdə tutulan cədvəli açıqlanıb. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

 

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

 

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından, eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.

Müəllif: Ayna.az