“Dərs vaxtı”nın iyunun 11-i üçün cədvəli açıqlanıb
“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin iyunun 11-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.
Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin beş günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.