Tədris kredit sistemi ilə bağlı QƏRAR

Xəbərlər

29.10.2021 - 15:41

"Təhsil haqqında" qanuna dəyişiklik layihəsi II oxunuşda müzakirəyə çıxarılıb

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi II oxunuşda müzakirəyə çıxarılıb. AYNA xəbər verir ki, dəyişikliklə qanuna yeni bənd əlavə olunur.

Yeni bəndə əsasən, ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunacaq.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az