TƏBİB: “Qan donorlarını əməkdaşlığa dəvət edirik”

Xəbərlər

08.04.2020 - 18:20

"Donorlara ciddi ehtiyacımız var, insanlar humanist addımlarını davam etdirməlidirlər”

 

“Koronavirusla bağlı digər xəstəliklərin də idarə olunması ilə məşğuluq. Bu xəstəliklər arasında hemotoloji xəstəliklər də yer alır. Bu gün hemofiliyalı, leykemiya, talasemiyalı, cərrahiyyədə olan, eləcə də onkoloji xəstələrin qana ehtiyacı var”.

 

AYNA xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı jurnalist sualını cavablandırarkən deyib.

 

R.Bayramlının sözlərinə görə, hələlik  qan ehtiyatı olsa da, donor sayında azlıq müşahidə olunur: “Biz bunu proqnoz edirdik. İnsanlar karantin şəraitində donorluq etməkdən çəkinirlər. Amma onlar əmin olmalıdırlar ki, qanvermə müəsisələrində bütün təhlükəsizlik tədbirləri görülüb.  Bu səbəbdən donorlara ciddi ehtiyacımız var, insanlar humanist addımlarını davam etdirməlidirlər”.

 

“Bizim TƏBİB olaraq bir neçə maarifləndirici videolarımız var. Mərkəzi Qan Bankı başda olmaqla digər tibb müəsisələrinə müraciət mümkündür. Biz hər kəsi könüllü donorluğa və xəstə insanlara dəstək verməyə çağırırıq”, - deyə Bayramlı bildirib.

Müəllif: Raminə Eyvazqızı