TƏBİB əhaliyə alış-verişlərlə bağlı müraciət edib

Xəbərlər

18.06.2020 - 11:56

Onlayn alış-verişə üstünlük verilməsi tövsiyə olunub

 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) alış-verişlərlə bağlı vətəndaşlara müraciət edib. AYNA xəbər verir ki, müraciətdə koronavirus (COVID-19) pandemiyası dövründə onlayn alış-verişə üstünlük verilməsi tövsiyə olunub.

 

“Dostlar və əzizlərinizlə virtual görüşlərə üstünlük verin. Ehtiyac olmadıqca, kütləvi məkanlara getməyin. Bununla siz ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına kömək ola bilərsiniz”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş