“Taliban”dan xarici dövlətlərə çağırış: “Kömək edin!”

Dünya

12.10.2021 - 16:20

“Əvvəlki hökumət 20 il ərzində islahatlar apara bilmədi”

“Taliban” hərəkatı Əfqanıstanda beynəlxalq standartlara uyğun dövlət yaratmaq istəyir. AYNA xəbər verir ki, bu barədə “TOLOnews” telekanalı, “Taliban”ın müvəqqəti hökumətinin xarici işlər naziri Əmir Xan Mottakiyə istinadən məlumat yayıb.

Hərəkatın nümayəndəsi bildirib ki, yeni hökumət Əfqanıstanın coğrafi mövqeyinin bütün potensialından istifadə etmək və onu dünya iqtisadi marşrutlarının kəsişməsinə çevirmək istəyir: “Başqa bir ölkənin daxili işlərinə qarışmaq istəmirik və onlardan da eyni şeyi gözləyəcəyik”.

Mottaki beynəlxalq ictimaiyyəti Əfqanıstana təzyiq göstərməməyə, islahatların aparılmasına və ölkənin inkişafına kömək etməyə çağırıb: “Əvvəlki hökumət 20 il ərzində islahatlar apara bilmədi. İndi dünya birliyi bunu bir neçə ay ərzində etməyi tələb edir”.

Müəllif: Ayna.az