“Taliban” Pəncşirdə internetin bərpa olunacağına söz verdi

Dünya

06.09.2021 - 14:21

Həkimlər Klinikalar SEO Xidməti

Zabiullah Mücahid: “Dağlıq bölgəyə ərzaq tədarükü də bərpa ediləcək”

 

Əfqanıstanın Pəncşir əyalətində rabitə və elektrik enerjisi tezliklə bərpa olunacaq. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Kabildə keçirdiyi mətbuat konfransında Taliban hərəkatının nümayəndəsi Zabiullah Mücahid bildirib.

Mücahidin sözlərinə görə, dağlıq bölgəyə ərzaq tədarükü də bərpa ediləcək: “Pəncşirə elektrik enerjisi və lazım olan hər şeyin verilişi bərpa olunacaq, mobil rabitə və internet əlaqələri işə başlayacaq".

O, Pəncşirdəki rabitənin üç-dörd gün işləmədiyini qeyd edib. Əyalətlərdə gedən döyüşlər səbəbiylə rabitə, internet söndürülməli idi. Əfqanıstanda baş verən hər şeydə ölkəni tərk edənlər günahkardırlar”, - deyə “Taliban nümayəndəsi vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş