“Taliban” bayraq qaldıran insanlara atəş açıb

Dünya

19.08.2021 - 16:04

Həkimlər Klinikalar SEO Xidməti

Çoxlu adam ölüb, onlarla insan yaralanıb

 

Bu gün Əfqanıstanın Əsədabad şəhərində “Taliban” yaraqlılarının atəş açması nəticəsində çox sayda insanın öldüyü bildirilir. AYNA xarici mediaya istinadən xəbər verir ki, bazar günündən bu yana köməksiz insanlar Kabil hava limanında gözləyərkən yaşanan izdiham və xaosda 12 nəfərin həyatını itirdiyi açıqlanıb.

 

“Taliban” hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra ölkədə başlayan xaos günbəgün artır.

 

“Reuters”in son dəqiqə xəbərinə görə, Əfqanıstanın Müstəqillik Gününü qeyd edən və Əfqanıstanın Əsədabad şəhərində ölkə bayrağını qaldıran insanlara atəş açılıb. Hadisə şahidi Məhəmməd Səlim “Reuters”ə bildirib ki, cümə axşamı Əfqanıstanın Əsədabad şəhərində keçirilən Müstəqillik Günü mitinqində “Taliban” yaraqlılarının milli bayraq qaldıran insanlara atəş açması nəticəsində çoxlu adam ölüb, onlarla insan yaralanıb.

 

“Taliban” hərəkatından isə hələ ki, məsələ ilə bağlı açıqlama verilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş