Tailandda turistləri daşıyan avtobus aşıb, xəsarət alanlar var

Dünya

01.02.2025 - 14:27

Həkimlər Klinikalar SEO Xidməti

Tailandda turist avtobusu 15 metr hündürlükdən aşıb. AYNA xəbər verir ki, bu barədə yerli “BrightTV” məlumat yayıb.

"Qəza Phuketdəki Karon-Patonq aşırımında baş verib. Bir qrup turist ekskursiyadan qayıdarkən avtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi hotelin yaxınlığında yoldan çıxıb", - telekanal qeyd edir.

Qəza nəticəsində doqquz nəfər xəsarət alıb. İlkin məlumata görə, onların arasında rusiyalılar və çinlilər var.

Hadisə yerində xilasetmə xidmətləri işləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş