Görüşdən sonra sənədlərin imzalanma mərasimi və dövlət başçılarının mətbuata bəyanatı olacaq
Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilir.
AYNA xəbər verir ki, görüşdən sonra sənədlərin imzalanma mərasimi və dövlət başçılarının mətbuata bəyanatı olacaq.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.