Şuşa və Hadrutla bağlı topoqrafik xəritə hazırlanır

Xəbərlər

29.01.2021 - 16:17

Növbəti mərhələdə digər ərazilərlə bağlı da topoqrafik xəritələr yaradılacaq

 

İşğaldan azad olunan ərazilərdə monitorinqlər üçün ən müasir cihazlardan ibarət səyyar laboratoriya əldə olunub.

 

AYNA bildirir ki, bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

 

O bildirib ki, Şuşa və Hadrutla bağlı topoqrafik xəritə hazırlanır.

 

Növbəti mərhələdə digər ərazilərlə bağlı da topoqrafik xəritələr yaradılacaq.

 

 

Müəllif: Ayna.az