“Şuşa şəhəri işğaldan azad edilib” - <font color=red> PREZİDENT</font>

Xəbərlər

08.11.2020 - 12:54

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev: “Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir”

 

Azərbaycanın Şuşa şəhəri erməni işğalçılardan azad edilib. AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində bildirib.

 

Ölkə başçısı qeyd edib ki, Şuşa şəhəri müzəffər Azərbaycan Ordusu tərəfindən 28 ildən sonra işğalçılardan təmizlənib.

 

“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar. Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm! Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

 

Əziz Şuşa, sən azadsan!

 

Əziz Şuşa, biz qayıtmışıq!

 

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

 

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş