Sumqayıtda binada yanğın olub

Hadisə

17.12.2024 - 00:15

Həkimlər Klinikalar SEO Xidməti

İki nəfər təxliyə edilib

Sumqayıtda üçmərtəbəli binanın zirzəmisində yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində zirzəmidə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 70 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 kvadratmetr sahədə və yataq otağında 1 ədəd çarpayı və 1 ədəd televizor yanıb.

Mənzilin böyük hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində iki nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş