Qaz təchizatının bərpası üçün ərazidə təmir işləri aparılır
Sulutəpə qəsəbəsində 1500 abonentin təbii qaz təchizatında müvəqqəti fasilə yaranıb.
“Azəriqaz” İstehsalat Birliyindən AYNA-ya bildirilib ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 14-cü döngə adlanan ərazidə avtomobil qəza nəticəsində təbii qaz xəttini yararsız hala salıb.
Qəza səbəbindən 1500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Qaz təchizatının bərpası üçün ərazidə təmir işləri aparılır.