Sudanda təyyarə qəzası: 5 nəfər həlak olub

Dünya

02.11.2021 - 17:12

Ölənlərin ikisinin rusiyalı, üçünün isə Sudan vətəndaşı olduğu bildirilir

Bu gün səhər saatlarında Cənubi Sudanın paytaxtındakı Cuba beynəlxalq aeroportundan havaya qalxan An-26 yük təyyarəsi qəzaya uğrayıb.

AYNA xarici mediaya istinadən bildirir ki, aeroportun direktoru Kur Kuolun sözlərinə görə, qəza nəticəsində pilot və ekipaj üzvləri daxil beş nəfər həlak olub.

Ölənlərin ikisinin rusiyalı, üçünün isə Sudan vətəndaşı olduğu bildirilir.

İlkin məlumata əsasən, qəza texniki nasazlıq səbəbindən baş verib.

Müəllif: Ayna.az