“Sputnik V” Avropada tənzimləmə təsdiqi ala bilər

Dünya

13.07.2021 - 16:07

Həkimlər Klinikalar SEO Xidməti

Vaksin istehsalçıları Avropa Dərman Agentliyi ilə məhsuldar dialoq qurublar

 

Rusiyanın “Sputnik V” koronavirus peyvəndi payızda Avropada tənzimləmə təsdiqi ala bilər. AYNA “CNBC-TV18” telekanalına istinadən bildirir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev deyib.

 

Dmitriyev qeyd edib ki, Rusiyanın vaksin istehsalçıları Avropa Dərman Agentliyi (ADA) ilə məhsuldar dialoq qurublar: “Payızda ADA-dan təsdiq gözləyirik. İndiyə qədər heç bir mənfi şərh almamışıq.

 

Bundan əvvəl Dmitriyev bildirmişdi ki, “Sputnik V” peyvəndi payızda Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) təsdiq ala biləcək. Onun sözlərinə görə, bu sentyabr və ya oktyabr aylarında baş verə bilər, lakin dəqiq vaxtı təşkilatın özündən asılıdır.

 

Xatırladaq ki, Rusiya peyvəndi 67 ölkədə qeydiyyata alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş