Şoyqu: “İndi ABŞ qoşunları Avropaya köçürülür”

Dünya

13.04.2021 - 17:25

“Əsas potensial qüvvələr Qara dəniz və Baltik bölgələrində cəmləşib”

 

ABŞ və NATO qoşunlarını Rusiyanın Avropa hissəsinin sərhədlərinə yığır. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

 

Nazirin sözlərinə görə, indi ABŞ qoşunları Şimali Amerikanın qitə hissələrindən Avropaya köçürülür.

 

“Əsas potensial qüvvələr Qara dəniz və Baltik bölgələrində cəmləşib. NATO-nun Rusiya sərhədləri yaxınlığında 40 min hərbçisi, 15 min vahid silah və hərbi texnikası yerləşdirəcək”, - Şoyqu əlavə edib.

 

Eyni zamanda, Şoyqu qeyd edib ki, Rusiya Silahlı Qüvvələrində aparılan yoxlamalar qoşunların ölkənin təhlükəsizliyini təmin etməyə hazır olduğunu göstərir: “Qoşunlarımızın döyüş hazırlığının yoxlanılması Rusiyanı təhdid edən hərbi fəaliyyətlərdən səbəbindən edildi”.

 

Qeyd edək ki, aprel ayının əvvəlində rəsmi Kiyev Moskvanı Ukrayna ilə sərhəddə hərbi gücünü artırmaqda günahlandırdı və NATO ölkələrini Donbassla bağlı hazırlıqlarını artırmağa çağırdı. Kreml də öz növbəsində Ukraynanı partlayıcı bölgə adlandırdı və qeyd etdi ki, Rusiya Federasiyası öz təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görür.

Müəllif: Ayna.az