Sosial şəbəkələrdə narkotikanı təbliğ edən şəxs həbs olunub

Xəbərlər

11.09.2020 - 12:35

Axtarış zamanı onun üzərindən bir büküm marixuana aşkarlanıb

 

Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, Baş Narkotiklərlə Mübarizə və Binəqədi Rayon Polis idarələri əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profilin sahibi Yevlax rayonunda qeydiyyatda olan əvvəllər məhkum edilmiş Ceyhun Məmmədov yaşadığı Binəqədi rayonu ərazisində tutulub. Şəxsi axtarış zamanı onun üzərindən bir büküm marixuana aşkarlanıb.

 

O, ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini bildirib. Ekspertizaların nəticəsində Ceyhun Məmmədovun mütəmadi narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.

 

Ceyhun Məmmədov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş qanun pozuntusuna yol verdiyindən onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən 15 gün müddətinə inzibati həbs cəzası təyin edilib.

Müəllif: Ayna.az