Son sutkada Azərbaycanda 25 mindən çox şəxs vaksinasiyadan keçib

Xəbərlər

17.10.2021 - 19:37

İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 min 500 nəfərdir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 462 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 500 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 194 432, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 964 151, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 230 281 təşkil edir.

Müəllif: Ayna.az