Dünya üzrə virusa yoluxanların sayı 2 milyon nəfəri keçib
Dünya miqyasında koronavirusa yoluxanların sayı 2 milyon nəfəri keçib, vəfat edənlərin sayı 127 min nəfərə yaxınlaşır. AYNA pandemiya ilə bağlı son məlumatları təqdim edir:
Koronavirusun ən çox təsir etdiyi ABŞ-da yoluxanların sayı 614 min 246 nəfərə çatıb.
ABŞ-ı 174 min xəstə ilə İspaniya, 162 min 488 nəfərlə İtaliya izləyir.
143 min 303 nəfər koronavirus xəstəsi olan Fransa və 132 min 210 nəfər xəstəsi olan Almaniya ilk beşliyi tamamlayır.
Birləşmiş Krallıqda hazırda 93 min 873 nəfər pandemiyadan əziyyət çəkən xəstə var.
Virusun meydana gəldiyi Çində isə xəstələrin sayı hələ də 82 mini keçməyib.
Digər ölkələr: İranda 74 min 877, Türkiyədə 65 min 111, Belçikada 31 min 119, Niderlandda 27 min 419, Kanadada 27 min 63, İsveçrədə 25 min 936, Braziliyada 25 min 684, Rusiyada 21 min 102, Portuqaliyada 17 min 448, Avstriyada 14 min 234, İsraildə 12 min 464, Hindistandada 11 min 487, İrlandiyada 11 min 479, İsveçdə 11 min 445, Cənubi Koreyada 10 min 591 və Peruda 10 min 303 nəfər koronavirus diaqnozlu xəstə qeydiyatdadır.
Qeyd edək ki, pandemiyadan bu günə qədər 126 min 754 adam ölüb, 484 min 597 adam isə sağalıb.