Onlardan 489-u uşaq, 65-i qadın, 2-si isə kişidir
Son 5 ildə 556 nəfərlə repatriasiya işi aparılıb. Onlardan 489-u uşaq, 65-i qadın, 2-si isə kişidir.
AYNA.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 5 illiyinə həsr olunan mətbuat konfransında deyib.
O qeyd edib ki, onlardan 263-nün ilkin sosial psixoloji qiymətləndirilməsi aparılıb, 96-na isə aktiv sosial psixoloji yardım göstərilib.