“Açıq səthlərdə aparılan işlər məhdudlaşdırılıb, vəziyyət daimi monitorinq altındadır”
SOCAR Azərbaycan ərazisində hava şəraitinin pisləşməsi və küləkli olmasını nəzərə alaraq dəniz platformalarında təhlükəsizlik tədbirlərini gücləndirib. AYNA xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
O bildirib ki, açıq səthlərdə aparılan işlər məhdudlaşdırılıb, vəziyyət daimi monitorinq altındadır: “Adətən küləyin sürəti 28-30 m/s-dən aşağı olanda işçilərin təxliyəsi haqqında qərar verilmir. Bizdə olan məlumata görə, bu günlərdə küləyin sürəti arabir 25 m/s-ə qədər yüksələcək. Buna görə hazırkı vəziyyətdə işçilərin təxliyə olunması nəzərdə tutulmur”.